Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan saat 21:00-a verilən məlumata görə, Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində aktivlik davam edir.
Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, sürüşmə kütləsinin həm cənub, həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib. Bu da sürüşmə kütləsinin ölçülərinin artmasına səbəb ola bilər.
www.yenicag.az