Şuşadan ilk BİRBAŞA TV BAĞLANTISI - VİDEO

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb.

İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqqında tamaşaçılara məlumat verib.

Jurnalist bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər dəyib. Eyni zamanda, bir çox tikililər dağıdılıb.

Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. AzTV-nin əməkdaşı diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600