Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Sxodka kralı” olan azərbaycanlı “oğru”nun məzarına xaç qoyuldu - FOTO

Məşhur azərbaycanlı “qanuni oğru” Vaqif Mirzəyevin Alma-Atı şəhərindəki məzarının fotosu yayılıb.

Fotoda azərbaycanlı “oğru”nun məzarının üstündəki xaç işarəsi diqqəti çəkib.

Məlumat üçün bildirək ki, kriminal aləmdə Ramanalı Vaqif kimi tanınan “qanuni oğru” 1951-ci ildə Bakıda anadan olub. 1977-ci ildə Qazaxıstanda “taclandırılıb”. Ona status verənlər arasında Montinli Çingiz (Çingiz Səfərov), Ağaşka Bakinski (Ağarza Kazımov), Göygöz Sabir (Sabir Məmmədov) da olub.

Azərbaycandan olan ən məşhur “oğrular”dan biri Bəxtiyar Kərimov (Novxanılı Baho) da 1982-ci ildə Vaqif Mirzəyev tərəfindən Bakıda “taclandırılıb”. Vafiq Ramanalının status verdiyi “oğru”lar arasında İlham Allahverdiyev də var. Kriminal aləmdə İlham Vosmoyski kimi tanınan bu şəxs 1989-cu ildə Bakıda status alıb.

Kriminal aləmdə “sxodkalar kralı” kimi də tanınan Vaqif Mirzəyev 1993-cü ildə vəvat edib və Alma-Atıda dəfn olunub.(cebhe)

 

Yeniçağ.az

www.yenicag.az

481