Taekvondo yığmamız Avropa çempionatında daha bir medal qazandı

media-hightechnic-468x90

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı davam edir.

media-banner_tkm

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan milli komandası aktivinə daha bir medal əlavə edib.

Yığmamızın heyətində Həmidreza Badrialiabadi fəxri kürsüyə yüksəlib. 80 kiloqramdan yuxarı çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib.

Bununla da millinin heyətindəki mükafatların sayı 2-yə çatıb. Bir gün öncə Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kiloqram) gümüş, Məhəmməd Həsənli (45 kiloqram) bürünc mükafat qazanıb.

Qeyd edək ki, hər 2 yarış avqustun 26-da başa çatacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05