Amerika Birləşmiş Ştatları ilə Çin arasında münasibətlər gərginləşməkdə davam edir. Bəzən bunu Donald Trampın siyasəti ilə izah edirlər. Yəni Ağ Ev sahibi sanki qəsdən Pekinlə münasibətlərin gərginləşməsinə çalışır. Ancaq Pekin Trampa fikir vermədən də Amerikaya qarşı planlaşdırdıqları həmlələri həyata keçirir. Çin Ağ Ev sahibinin kimliyindən asılı olmayaraq illərdir bildiyini edir. Növbəti gərginliyə səbəb Mərkəzi Kəşfiyyat İdarəsinin 67 yaşlı keçmiş zabitinin həbsi olub. Aleksandr Yuk Çinq Ma adlı keçmiş amerikalı zabit illər boyu Çin kəşfiyyatına məlumatlar ötürürmüş.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən hazırlanmış “Proqramı”ın 6.3.5. bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tutulub.