Heydər Əliyev "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 2001-ci il 23 may tarixli mühüm əhəmiyyətli sərəncamı ilə milli diaspor quruculuğunun təməlini qoydu. Sözügedən sərəncama əsasən, həmin il noyabr ayının 9-10-da Bakıda dünya azərbaycanlılarının ilk qurultayı keçirildi.
Ötən həftə Şuşada təşkil olunan Dünya Azərbaycanlılarının V Qurultayı müxtəlif ölkələrdə məskunlaşan və fəaliyyət göstərən soydaşlarımızı, diaspor liderləri və fəallarını növbəti dəfə bir araya gətirdi.