"Ermənistan tərəfi vaxt uzatmaq üçün hər yola əl atacaq. Onlar bunun üçün provokativ addımlar ata bilərlər. Atəşkəsin pozulması, sülhməramlılarla Azərbaycanı üz-üzə gətirmə cəhdləri, ən son halda hansısa bir ssenari üzrə Rusiya ilə Azərbaycanı qarşıdurmaya çəkmək oyununu quracaqlar. Fakt odur ki, bu oyunu alındıra bilmirlər".