Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava hücumundan müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.
2018-ci ilin hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda iyunun 18-dən iyunun 24-dək davam edən komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.