Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib.
Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.
Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə gənc pilotların yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilib.
Yeri gəlmişkən, Əlahiddə Ümumqoşun Orduda üç pilləli, iki tərəfli olmaqla keçirilən növbəti komanda-qərargah təlimi başa çatıb. Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən xəbərə görə, təlimin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində oynanılması həyata keçirilib.
www.yenicag.az