İyulun 18-də Saatlı rayonunun Kamallı kəndində yaşayan əvvəllər məhkum olunmuş R.Qənbərovun evinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşin (qırma) anası Tavuz Fərman qızına dəyməsi və onun aldığı xəsarətdən hadisə yerində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.