Xəbər verdiyimiz kimi, vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə enerji içkilərinin də qiymətləri artsa da, onlara aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngiyir.
Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir “hədiyyə” kimi qiymətləndirilir.