Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 100,4 milyon manat kompensasiya ödəyib.
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək.
Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən Azərpoçt MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər.
Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmana əsasən devalvasiya nəticəsində əhaliyə dəymiş zərər dövlət tərəfindən qarşılanacaq.