Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmanı şərh edən İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icracı direktoru Vüsal Qasımlı bir neçə bankda cəmi 10 min dollardan çox krediti olanlara kompensasiya ödənilməyəcini bildirib.
Yenicag.az xəbər verir ki, o, bunları deyib:
“Bəzən bir fiziki şəxsin bir neçə krediti olur. Kreditin hər birinin məbləği 10 min dollardan azdır, ancaq onların toplam kreditlərinin cəmi 10 min dollardan çoxdur. Əgər həmin banklardakı kreditlərin cəmi 10 min dolları keçirsə, onlara kompensasiya ödənməyəcək. Çünki fərmanda da göstərilib ki, bir şəxsə ödəniləcək vəsait 5 min dollardan artıq olmayacaq”.
www.yenicag.az