!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tahir Əmiraslanovdan SƏRT TƏNQİD: Aşpazlar Alyansının üzvü erməni bayrağını işarələyib?- FOTOFAKT

!Reklam – Yazi

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Azərbaycan Kulinariya Mütəxəsisləri Assosiasiyasını tənqid edib.

Yenicag.az xəbər verir ki, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının həmtəsisçisi və sədri, eyni zamanda “Slow Food” Aşpazlar Alyansının fəal üzvü Orxan Muxtarovun sosial şəbəkə hesabında paylaşdığı statusunda erməni bayrağının olmasını əsas gətirərək, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Azərbaycan Dövlət Turizm Agentliyini hədəf alıb.

T. Əmiraslanovun paylaşımını olduğu kimi təqdim edirik:

“Yaşasın! Ura! Burada Azərbaycan bayrağını görürsünüz? Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının İtaliyada növbəti “Uğuru”! Bu uğur həm də WAKS və WIKS-in Milli Üzvü olan Azərbaycan Milli Kulinariya Assosiasiyasını arxa plana çəkən, bunları zorla WAKS-a gətirən, maliyyələşdirən, bunlardan Milli Komanda yaradan Azərbaycan Dövlət Turizm Agentliyinin “uğurudur”. Təbrik edirəm”.

Ancaq onu da qeyd edək ki,Orxan Muxtarovun profilinə baxdıqda, bunun tərcümə xətasından qaynaqlandığı görülməkdədir. Belə ki, statusun düzənləmə keçmişi göstərir ki, statusun orjinalında erməni bayrağı olmasa da, avtomatik tərcümədə üzə çıxıb. Orxan Muxtarov da sonunda yalnız italyan bayrağını saxlamalı olub.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv