!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TAİB Özbəkistanda 8 Noyabr Zəfər Gününə həsr olunmuş konfrans keçirdi - FOTOLAR

!Reklam – Yazi

Noyabrın 7-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Ağsaqqalları Birliyi – TAİB-in və bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş, “Azərbaycanın Qarabağ zəfəri Türk dünyası tarixinin şanlı səhifəsi kimi” mövzusunda konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, Özbəkistan ictimaiyyətinin böyük maraq göstərdiyi konfransdan öncə təşkilatçılar və qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində Ulu Öndər Heydər Əliyevin abidəsinin qarşısına və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canından keçmiş qəhrəman övladlarımızın xatirəsinə həsr olunmuş guşəyə əklil və gül dəstələri qoyublar.

Mərkəzin foyesində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə olunmuş şanlı qələbəyə həsr olunan fotosərgi ilə tanışlıqdan sonra konfrans öz işinə başlayıb.

Konfransda əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları salamlayaraq Türk Ağsaqqalları Birliyi – TAİB-lə birgə Zəfər Gününə həsr olunmuş konfransa müəlliflik etdiklərinə görə məmnunluq hissi keçirdiyini və bu konfransın ümumtürk dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Samir Abbasov Ermənistanın işğalçılıq siyasəti, ermənilərin 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandallıq aktları barədə geniş məruzə ilə də çıxış edib.

Daha sonra Missiya.TV-nin hazırladığı, “Zəfərə gedən yol” adlı film nümayiş olunub. Konfrans iştirakçıları təsirli görüntülərin əks olunduğu filmi alqışlarla qarşılayıblar.

Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev, TAİB-in Türk dünyası üzrə həmsədri, tanınmış diplomat Hulusi Kılıç çıxış edərək Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi qələbəni Türk dünyasının zəfər tarixində parlaq səhifə kimi qiymətləndiriblər. Azərbaycanın tarixi ədaləti bərpa edərək bütün Türk dünyasına fəxarət bəxş etdiyini deyən natiqlər, bu gün Türk dövlətləri arasında əlaqələrin genişlənməsi, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və Türk birliyinin möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atılması kimi xüsusi əhəmiyyət daşıyan məsələlərdən də ətraflı şəkildə bəhs ediblər.

Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvləri Ramil Həsən və Müşfiq Cəfərov 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbənin tarixi əhəmiyyətindən söz açaraq, qeyd ediblər ki, Qarabağ zəfəri bütövlükdə regionun gələcək inkişafını təmin edəcək.

Türk dövlətlərinin qarşılıqlı əməkdaşlığının dinamik şəkildə inkişaf etməsi və türk xalqları arasında inteqrasiya prosesinin sürətlənməsi kimi faktların həm də II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlardan qaynaqlandığına diqqət yönəldən millət vəkilləri, Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərindən söz açaraq Prezident İlham Əliyevin bu perspektivləri dəqiqliklə qiymətləndiyini və proseslərin önündə getdiyini vurğulayıblar.

Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli çıxışında Türk dünyası ətrafında cərəyan edən proseslərdən bəhs edərək, Türk Dövlətləri Təşkilatının uğurlu fəaliyyətindən və türk xalqları arasında əlaqələrin inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Konfransda çıxış edən Özbəkistan ictimaiyyətinin nümayəndələri Vətən müharibəsinin gedişatını yaxşı xatırladıqlarını və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi barədə xəbərlərin onlara sevinc bəxş etdiyini qeyd edərək, Özbəkistanla Azərbaycan arasında münasibətlərin dərin köklərə malik olmasından danışıblar. Çıxışçılar xüsusi vurğulayıblar ki, iki xalq arasında əlaqələr daha da inkişaf etdirilməli, bu yöndə vətəndaş cəmiyyəti instutlarının fəallığı artırılmalıdır.

Sonda Türk dünyasının inkişafına verdikləri töhfələrə görə TAİB sadri Sudeyif İmamverdiyevə, TAİB Türk dünyası üzrə həmsədri Hulusi Kılıça, millət vəkilləti Ramil Həsən və Müşfiq Cəfərova Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları təqdim olunub. Bundan başqa, Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişafına verilən töhfələrə görə Özbəkistan ictimaiyyətinin bir neçə fəal təmsilçisi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Ağsaqqalları Birliyi – TAİB-in xüsusi plaketi ilə mükafatlandırılıb.

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv