“Tam əminliklə deyə bilərəm ki, mesajlarınız oxunur”

media-hightechnic-468x90

sadadsaewABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden Avropa Şurasına şok sənədlər təqdim edib.

Moskvadan canlı yayımla Strasburqdakı iclasa qatılan Snouden ABŞ kəşfiyyatının kütləvi şəkildə şəxslər və qrupları təqib etdiyini deyib.

Dinləmə və izləmə fəaliyyətlərinin tamamilə Milli Təhlükəsizlik Qurumunun (NSA) nəzarətində olduğunu və onun texnologiyaları əsasında aparıldığını deyən Snouden dəyişik alqoritmlərdən istifadə edərək həyata keçirilən elektron izlənilmə sisteminin təkcə siyasi deyil, həm də iqtisadi sahələri də əhatə etdiyini bildirib.

Snouden bildirib ki, elektron dinləmə və izləmə əməliyyatları nəticəsində şəxslərin siyasi fəaliyyətləri, yerləşdikləri ərazi, şəxsi məlumatları, dostluq və iş münasibətləri rahat şəkildə izlənilir: “Tam əminliklə deyə bilərəm ki, mesajlarınız oxunur. Mən şəxsən şəxslər və qrupları izləmək üçün xüsusi alqoritmlər yaratmışam”.

Haqqında yeni cinayət işinin açılacağı səbəbindən təfərrüatları açıqlamayacağını deyən Snouden bildirib ki, indiyə qədər üzə çıxan məlumatlar aysberqin görünən tərəfidir.

Qeyd edək ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramlarından geniş miqyasda informasiyalar sızdırıb.

Bundan başqa o, PRİSM Milli Təhlükəsizlik Agentliyinin mühüm saytların elektron əlaqələrini izləməyə imkan verən məxfi proqramı haqda informasiyanı ortaya çıxarıb. Həmin açıqlamalardan sonra Snouden ABŞ dövlətinin təqibinə məruz qalıb(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600