Tamilla Qulami Vilnüsdən açıqlama verdi – Fotolar
Litva Parlamentində Avropa Birliyi və Litva Xarici İşlər Nazirliyinin himayəsiylə 3 günlük Şərq Tərəfdaşlığı Proqramı Ölkələrinin Gənc Liderlərinin Akademiyası bu gün yekunlaşır. Hər ölkədən bir nəfərin təmsilçiliyi və Avropa Birliyindəki nümayəndəsi ilə Şərq Tərəfdaşlığı proqramının inkişafı yolları, prioritetlər və risklər mövzusunda müzakirələr, fikir mübadilələri edilib. Akademiyada Azərbaycanı 125-lər Siyasi Klubunun üzvü, Ümid Partiyasının beynəlxalq şöbəsinin müdiri Tamilla Qulami və Müsavat Partiyasının keçmiş üzvü Zaur Əkbərlə Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının Gənclər Siyasəti Konsepsiyasının müəllifi, Gənclər Forumunun vitse prezidenti Yeganə Hacıyeva təmsil edir.
Tamilla Qulaminin YENİCAG.AZ-a verdiyi açıqlamaya görə, “hesab edirəm ki, Litva Parlamentində start götürən Avropa Birliyi Şərq Tərəfdaşlığı Gənc Liderlərinin Akademiyasında, Azərbaycanın mənafeyini layiqli təmsil edirik. Mən və Zaur Əkbərlə Yeganə xanım bu müzakirələrdə aktiv iştirak edirik”.
Tamilla Qulaminin sözlərinə görə, “Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının Gənc Liderlərin Akademiyasının ilk sessiyyasında Litva Prezident Aparatının rəhbəri (kansler), Litva Parlamentinin baş katibi Jonas Milerius parlamentin iş xüsusiyyətləri haqqında məlumat verib: “12-15 oktyabrda Vilnüsdə baş tutan Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Gənc Liderlərin Akademiyasıın ilk günündə Litva Parlamentində Litva Parlamentinin üzvü, Gənc Liderlər Forumunun sədri Viktoriya Braziunayte, Vilnüs Universiteti, Beynəlxalq Əlaqələr və Siyasi Elmlər İnstitutunun nümayəndəsi Dr. Laurynas Kasciunas ilə “Siyasətçilərə peşəkar çağırış kimi” mövzusunda ortaya qoyduğum sualla gənc siyasi liderlərin mövcud imkanlar çərçivəsində siyasətdə nəsillər qarşıdurmasının həlli yolları müzakirə edildi. Gələcəkdə uğurlu siyasətçi olmağı qarşısına qoyan hər bir gənc dayanmadan öz üzərində işləməli, təkmilləşməli, siyasətdə mövcud vəziyyətlərin, oyunların keçmiş qaydalarından xəbərdar olmalı, yaşlı nəsillə uzlaşmasa belə, hər zaman onlardan öyrənməli olmalı və davamlı olaraq auditoriyayla əlaqədə olmalıdır”.
Tamilla Qulami qeyd etdi ki, “daha sonra Litva Parlamentinin “Konstitusiya” zalında Parlamentin İctimai Əlaqələr, Rabitə və İnformasiya şöbəsinin müdiri Jolanta Anskitiene ictimai informasiya istehsalçılarının ictimaiyyətə məlumatların çatdırılmasının doğru və uğurlu yolları haqda təlimində iştirak ediblər”.
3-cü Beynəlxalq Gənc Liderlər Akademiyasının mərasimində Gənc Liderlər Forumunun sədri, Litva Parlamentinin Demokratik Forum üzrə baş katibi Victorija Braziunaitenin də qatıldığını qeyd edən Tamilla Qulami Litva Prezident aparatının rəhbəri, Parlament spikerinin birinci müavini, millət vəkilləri, Litva Xarici İşlər Nazirliyinin əməkdaşlarının da bu müzakirələrdə aktiv iştirak etdiklərini bildirib.
Rəşad / Yenicag.az