Tanınmış aktyor: “Filmi ərsəyə gətirmək üçün avtomobilimi satdım”

media-hightechnic-468x90

 

media-banner_tuq

“Məcbur qalıb avtomobilimi satdım”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor, prodüser və ssenarist Məcid Hüseynov “Bir gün” verilişində qonaq olarkən deyib.

Sənətçi yeni layihəsini maliyyələşdirmək üçün şəxsi nəqliyyat vasitəsini satmaq məcburiyyətində qaldığını bildirib:

“Hazırda avtomobilim yoxdur, satmışam. Əslində, mən ildə ən azı bir dəfə maşın dəyişirəm. Lakin prodüser olduğum üçün filmlərin çəkilişinə maliyyə vəsaiti lazımdır. Arzuladığın səviyyədə sponsor tapmaq mümkün olmayanda, çarəsiz qalıb maşını satır və həmin pulla layihəni reallaşdırıram. Cibdə vəsait olmayanda, ən azından çəkiliş qrupunun, operatorların zəhmət haqqını ödəmək üçün nəyisə satmağa məcbursan.”

Aktyor kino sahəsindəki risklərdən də bəhs edib:

“Filmi ərsəyə gətiririk və kinoteatrlarda nümayiş olunur. Əgər bilet satışı yaxşı olarsa, bizə də müəyyən qazanc qalır. Əks halda isə zərərlə üzləşirik. Bizim işimizin xüsusiyyəti belədir – çətinliklərimiz kifayət qədərdir. Kənardan baxanlar elə bilir ki, heç bir problemimiz yoxdur.”

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05