!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış alim: “İnstitutdakı mühit çox korlanıb, bir-birinin ayağının altını qazmaq adi işə çevrilib”

!Reklam – Yazi

“Bilirsiniz, coğrafiya deyəndə, millətin gələcəyini təyin edən bir elmdən danışırıq”.

Bu fikirləri Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda hökm sürən arzuedilməz mühitdən danışan sözügedən qurumun şöbə müdiri Ənvər Əliyev Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, institutdakı mühit çox korlanıb və bir-birinin ayağının altını qazmaq çox adi işə çevrilib:

“Çox təəssüf ki, institutdakı “elmlər doktorları”, “elmlər buldozerləri” tökülüblər üstümüzə. Təvazökarlıqdan uzaq olsa da, öz sahəmi yaxşı bilirəm. Onları başa salmağa çalışıram ki, ay akademik, ay professor, sən televiziyadakı çıxışında “fəsillər yerini dəyişib” deyəndə, sənin yerinə xəcalət çəkirəm. Fəsillərin öz yerini dəyişməsi üçün onun səbəbləri dəyişməlidir.

İnstitutun direktor müavini isə AzTV-yə çıxıb deyir ki, Azərbaycan soyuq iqlim qurşağında yerləşir. Jurnalistlər də bunu eşidəndə, mənimlə əlaqə saxlayıb dəqiqləşdirmək istəyirlər ki, o adam düzmü deyir? Ümumiyyətlə, institutdakı mühit çox korlanıb, bir-birinin ayağının altını qazmaq çox adi işə çevrilib.

İnanın ki, coğrafiya elə-belə elm deyil. İnsan dünyaya gözünü açanda, ilk gördüyü məhz coğrafiyadır. İnstitutun vaxtilə təşəkkül tapmasında, coğrafiya elminin inkişafında mərhum akademik Həsən Əliyevin misilsiz xidmətləri olub. İnanın, mən bu sözləri mərhum akademikin soyadına görə demirəm. Rəhmətlik Həsən Əliyev də, Budaq Budaqov da mənim xətrimi çox istəyirdilər. Onun rəhbərliyi dövründə institutda hər hansə neqativ halın baş verməsi istisna idi.

Bilirsiniz, coğrafiya deyəndə, millətin gələcəyini təyin edən bir elmdən danışırıq. Bunu o “naftalinləşmiş” akademiklərə izah etməyə çalışıram. Heç vaxt rüşvətlə iş tutmamışam, tutmaram da. Son iclasda bunu belə də dedim. Kim necə başa düşdü, inciyib-incimədilər, daha onu bilmirəm”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv