!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı GİZLİNLƏRİ BÖLÜŞDÜ: “Sirrimi kiməsə açsam...” - FOTO

!Reklam – Yazi

“Hər kəs kimi mənim də gizlinlərim var. ”

Bunu Yenicag.az-a açıqalamasında tanınmış aparıcı Aytəkin Mərdanova şəxsi həyatı ilə bağlı danışarkən deyib.

Aytəkin bəzi insanlardan fərqli olaraq gizlinlərini heç kimlə bölüşməyi xoşlamadığını bildirib:

“Hər kəs kimi mənim də gizlinlərim var, amma sirrimi özümdə saxlamağı sevirəm. Bəzən insanlar kimlərləsə bölüşüb, rahatlıq tapır. Amma mən özümə aid gizlinləri heç kimlə bölüşməyi sevmirəm. Yanımda sirrlərini açan adamlar olub, saxlamışam özümdə. Amma bir-iki dəfə başıma gəlib. ürək qızdırıb, kiminsə yanında özümə aid nələrisə paylaşmışam, görmüşəm mənim kimi deyillər. Buna görə etibar etmirəm, sirrimi kiməsə açsam, bilirəm ki, nəticəsi yaxşı olmayacaq.

Olub ki, işdə, ya haradasa əsəbiləşib ağlamışam, amma özümə aid problemim olub, göz yaşımı ürəyimə axıtmışam, ya da gizlincə ağlamışam, amma bunu heç kimə bildirməmişəm”.

Aparıcı xoşlamadığı adamlara bunu hiss etdirdiyini də deyib:

“Ən kədərli anımda yalandan gülümsəyə bilmirəm. İçimdə bir narahatlığım, yaxud da hansısa problemlərim olubsa, mütləq simamda əks olunur. Həmin vaxt hamı bilir ki, əsəbiyəm, əhval-ruhiyyəm yaxşı deyil.

Qapalı insan deyiləm. Həyatımda hansısa pis hadisələr baş verirsə, bunu hətta qıışqırmaq, bağırmaqla mütləq biruzə verirəm. Bəzi insanlar var ki, çevrəsində xoşlamadığı insanlara münasibətini gizlədir. Bəlkə də özünü pis etmək istəmir. Amma məndə belə deyil, sözü üzə deyirəm. Kimdənsə xoşum gəlmirsə, yaxud da kimsə xoşuma gəlirsə, bunu həmin adama dərhal bildirərəm”.

Cəvahir

www.yenicag.az

1608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv