Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev “futbolun daşını atıb”.
Yenicag.az xəbər verir ki, uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinən veteran indi sürücü işləyir.
“Mercedes Sprinter” markalı avtomobil sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.
Qeyd edək ki o, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli “Xəzər” FK-la yanaşı, “Qarabağ” FK, “MKT-Araz” FK və “Bakı” FI-nın formasını da geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib. Son iş yeri isə “Sumqayıt” FK olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.
O, akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem səbəbindən sevimli peşəsindən uzaq düşüb.
www.yenicag.az