!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış jurnalist Fatimə Hacıbəyli namizədliyini irəli sürdü  

!Reklam – Yazi

10653491_912403332152518_9180595990065931311_nTanınmış jurnalist, “Vision” TV-nin Müəllif departamentinin rəhbəri Fatimə Hacıbəyli də millət vəkilliyinə iddialıdır. Yenicag.az bildirir ki, bunu tanınmış jurnalist açıqlayıb.

Fatimə Hacıbəyli 34 saylı Xətai Seçki Dairəsindən namizəd olacaq: “Hesab etdim ki, bu mötəbər seçki yarışında iştirak etməliyəm. Bu gün Birinci Xanım Mehriban Əliyeva Azərbaycan qadınına gözəl nümunədir. Mehriban xanım bizə Azərbaycan qadınının nələrə qadir olduğunu bir daha göstərdi. Hesab edirəm ki, biz qadınlar olaraq, ölkənin inkişafında aktiv rol almalıyıq”.

Namizədliyini irəli sürdüyü dairənin insanlarını yaxşı tanıdığını qeyd edən F.Hacıbəyli “Mən seçilənə qədər deyil, seçilsəm də, seçilməsəm də, o insanların arasındayam. Eyni problemləri yaşadığımız üçün düşünər ki, dərdlinin halından o dərdi yaşayan anlar. Mən seçicilərim tərəfindən etimad göstərilərsə, onların nəzərindən düşməmək üçün var qüvvəmi səfərbər edəcəyəm”.

 

 

www.yenicag.az

2051
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv