“O videolara baxdıqca canım yanır. Bunu yaşayan bilər. Mənim və türk xalqının yaşadığı acılar bizim şou-biznesin içini yandırsın. Allahdan dua edirəm, onlara da belə dərd versin”.
Bu sözləri Türkiyədə baş verən zəlzələ ilə bağlı danışarkən İstanbul şəhərində yaşayan tanınmış prodüser Sultan Mustafayev Yenicag.az-a açıqlamasında deyib.
O belə bir dəhşətli hadisə yaşanan zaman azərbaycanlı müğənnilərin onunla maraqlanmadığını, türk xalqının acısına biganə qaldığını təəssüflə bildirib:
“Bu hadisədən sonra qarşılaşdığım insaniyyətsizlik, biganəlikdən sonra Azərbaycan şou-biznes nümayəndələrinə olan nifrətim daha da artdı. Heç kim heç kimlə maraqlanmadı, heç kim heç kimə diqqət göstərmədi. Səviyyəsiz gəlib, elə səviyyəsiz də bu dünyadan köçəcəklər. Əfsuslar olsun ki, Azərbaycan şou-biznesində olanlar çətin gündə dost olmağı bacarmadılar. Biri məni yada salmadı, zəng edib soruşmadılar ki, o boyda zəlzələ olub, ölmüsən, ya yaşayırsan? Hərçənd çoxuna bu sənət aləmində dəstək olmuşam. Eybi yox, darıxmasınlar, necə ki, “TikTok”da hamısının maskasını cırmışam, bu gündən belə daha da pis söyəcəm.
Bu boyda fəlakət, faciə baş verib, matəm elan olunub, dağıntılar altında qalan insanların ah-naləsi eşidilir, amma bizim şou əhli öz kefində, sosial şəbəkələrdə yeyib-içmək videoları paylaşmaqlarındadır. Utanıb, ölmürlər, matəmdə bağda oturub viskidən içib, cəh-cəh vururlar. Baxıb başqa ölkələrin sənət adamlarından ibrət götürsünlər. Üç gün gözləyəydiniz, sonra nə qələt edirdinizsə, edəydiniz”.
Cəvahir
www.yenicag.az