!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

100 manata görə qətl və 17 il həbs - ÖZƏL VİDEO

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Zakir Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, o, tanışı Firudin Hüseynovu öldürməkdə təqsirli bilinib.

Qeyd edək ki, qətl 2017-ci il fevralın 5-də baş verib. 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb. Məlum olub ki, Firudin Hüseynov həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb.

Qətli törətməkdə təqsirli bilinən X. Məmmədov həbs edilib. İstintaq araşdırması zamanı Zakir Məmmədovun vətəndaşın etibarından sui-istifadə edərək, dələduzluq əməli törətməsi də müəyyən edilib.

O, qətl hadisəsi törətməzdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub. Z. Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 186-cı ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.

Maraq üçün onu da qeyd edək ki, Zakir Məmmədov 1984-cü ildə Bakıda anadan olub. 1 uşaq atası olan Məmmədov Fransada ali təhsil alıb.

www.yenicag.az

2364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv