TARİXİ VƏSİYYƏT YERİNDƏ: Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi

media-hightechnic-468x90

“Azərbaycan uzun müddət ədalətsiz şəkildə uzadılan münaqişədə öz sözünü dedi və 44 günlük Vətən müharibəsini böyük zəfərlə başa vurdu”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

media-img_0168

O, Azərbaycanın 1990-cı illərdən bu günə qədər keçdiyi inkişaf yolundan danışıb.

Deputat bildirib ki, ötən 35 il ərzində Azərbaycan böyük inkişaf yolu qət edib. Ölkənin beynəlxalq nüfuzu möhkəmlənib, insanların sosial rifahı yüksəlib, geniş quruculuq və abadlıq işləri həyata keçirilib.

“Ən əsası isə Azərbaycan bu illər ərzində uzun müddət ədalətsiz şəkildə uzadılan münaqişədə öz sözünü dedi — 44 günlük Vətən müharibəsini böyük zəfərlə başa vurdu. Daha sonra isə cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə bütün ərazilərində suverenliyini bərpa etdi”, – deyə deputat qeyd edib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa