Tatar lider rus pasportu alması xəbərini yalanladı

media-hightechnic-468x90

çmnjkjkjKrim Tatar Milli Məclisinin sədri Refat Çubarov onun rus pasportu götürməsi ilə bağlı yayılan xəbərə sərt reaksiya verib.

O bu barədə özünün Feysbuk səhifəsində məlumat verib.

Çubarovun sözlərinə görə, bir anlıq sərbəstləşirsənsə, dərhal haqqında xəbərlər bəzəyirlər:

”Bəzi Ukrayna saytları xəbər yazıb ki, guya mən Rusiya pasportu götürməyə razılıq vermişəm. Başa düşmürəm, bu xəbəri kim yayır? Lazım gələrsə, mən keçirdiyim mətbuat konfransının linkini və video yazısını təqdim etməyə hazıram. Rus jurnalisti mənə sual verdi ki, Rusiya pasportuna razılıq verəcəyəmmi? Cavabım isə belə oldu ki, xalqım haradadı mən də oradayam. Xalqımla yaşamaq istəyim isə Ukrayna vətəndaşlığıma xitam, rus pasportuna “hə” demək anlamına gəlməməlidir. Mən həmçinin jurnalistləri diqqətli olmağa, bu xəbərləri yayanları isə bağışlamağa hazıram”(axar.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600