Taxıl məhsullarında qiymət ARTIMI: Yaxın vaxtlarda gözlənilir, yoxsa... - AÇIQLAMA

media-hightechnic-468x90

“Ümumiyyətlə, hal-hazırda buğdanın qiymətində enişlər davam edir. Əksinə, çörəyin qiymətində müəyyən qədər azalma gözlənilir”.

Bu sözləri Yenicag.az-a un və un məhsullarının qiymətinin artması ehtimalını şərh edən iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, önümüzdəki vaxtlarda qiymət artımı gözlənilmir:

“Bunu real məsələ hesab etmirəm. Amma bir təhdid var. Rusiya ilə taxıl sazişinin uzadılması məsələsi hazırda gündəmdədir. Saziş uzadılmasa, buğdanın qiymətində artımlar müşahidə oluna bilər. Və təcrübə onu göstərir ki, buğdanın qiyməti artdıqdan 3-4 ay sonra unun da qiyməti qalxır. Ona görə də hələ ki, unun qiymətində artım olacağını düşünmürəm”.

Şahanə Paşa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600