!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tbilisinin mərkəzində kütləvi mitinq keçirilir

!Reklam – Yazi

Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası Tbilisinin mərkəzi Azadlıq meydanında kütləvi mitinq keçirir.

Yenicag.az xəbər verir ki, “Gürcüstanın Avropa yolu” şüarlı aksiya partiyanın gənclər təşkilatının təşəbbüsü ilə təşkil olunub.

Mitinq Gürcüstanın Avropa Şurasına sədrliyinə həsr olunub. Aksiyada partiyanın sədri Bidzina İvanişvili, siyasi təçkilatın digər liderləri, nazirlər və parlament üzvləri da iştirak edirlər.

Mitinqə ölkənin müxtəlif bölgələrindən hakim partiyanın minlərlə tərəfdarı da qatılıb.

Kütləvi aksiya ilə əladəqar olaraq Tbilisinin bir neçə küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, qonşu ölkə Avropa Şurasının Nazirlər Komitəsinə noyabrın 27-dən sədrlik edir. Sədrlik 2020-ci ilin mayın 15-dək davam edəcək./Report/

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv