Təbii yolla dişləri dümağ etməyin sirri

media-hightechnic-468x90

Dişlərin bəyaz qalması üçün onları gündə iki dəfə fırçalamaq, lazımi qaydada qayğı göstərmək bəzən kifayət etmir. Diş məcunlarının da aciz qaldığı bir vaxtda köməyə sarıkök çata bilər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, tərkibində sarıkök olan məcun diş ləkələrinin və dişdəki sarılığın aradan qaldırılmasında çox effektiv olacaq. Bunun üçün sadəcə 2 x/q. sarıkök, 2 x/q. karbonat və 1 x/q. hind qozu yağı lazımdır.

Qeyd edək ki, qarışıqdan istifadə edərkən, məcunun dişləri sarı rəngə boyamasından qorxmaq lazım deyil. Məcunu tətbiq etdikdən sonra dişlər dümağ rəngdə olacaq.

Birinci addım:
Bütün inqrediyentləri kiçik bir qabda məcun halına gələnə qədər qarışdırın.

İkinci addım:
Hazırladığınız məcunla dişlərinizi normal qaydada fırçalayın.

Üçüncü addım:
Ağzınızı ilıq su ilə yaxalayın və dümağ dişlərinizlə qürur duyun.

Qeyd: Bu qarışıqdan həftədə 2-3 dəfə istifadə etməklə dişləriniz tədricən daha bəyaz olacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05