Təcili yardım gecikdiyi üçün klub cərimələndi

AFFA İntizam Komitəsi I Divizionun X turunun dekabrın 13-də keçirilmiş üç matçla bağlı qərarını açıqlayıb.

Yenicag.az həmin qərarları təqdim edir:

“Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi olan klub 160 manat cərimə olunur.

“Kəpəz” – “Sabah-2” oyununda “Kəpəz” klubunun 10 nömrəli futbolçusu Əli Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Neftçi-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun altı futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.