“…təhlükə olduqca böyükdür” – hərbi ekspert

media-hightechnic-468x90

1389430114_0001uzeyd

Avropa Komissiyasının sədri Jan Klod Yunkerin Rusiyanın təcavüzkarlığına qarşı Avropa ordusunun yaranması təklifi artıq öz təsirini göstərməkdədir. İlk günlər bu məsələyə populist çıxış münasibəti bəsləyən qüvvələr artıq bunu müzakirə edirlər.

Hərbi ekspert Üzeyir Cəfərov Yenicag.az-a açıqlamasında bildirir ki, “Beynəlxalq aləmdə geniş əks-sədaya səbəb olmuş, hətta NATO kimi bir mühüm hərbi-siyasi qurumun üzvlərinin də bəzi narahatçılığına səbəb olan bu açıqlama, əslində başadüşüləndir. Çünki Rusiyanın Ukraynanın Krım vilayətini işğal etməsi və bu ölkənin Cənub-Şərqində separatçılara və terrorçulara açıq şəkildə hərbi və canlı qüvvə ilə dəstək verməsi Avropanın təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı. Bütün dünya artıq Rusiyadan gələn yeni təhlükə qarşısında NATO-ya paralel olaraq Avropanın özünün vahid ordusunu yaratmasından vacib olmasını açıq başa düşür. Gerçəkdən də təhlükə olduqca böyükdür. Təsəvvür edin ki, NATO üzvü olan Litva dövlətinin prezidenti Dalya Qribauskayte da mətbuata verdiyi açıqlamasında növbəti dəfə Rusiyanı yalnız postsovet ölkələri üçün deyil, həm də bütün Avropa və dünya üçün yeni təhlükə mənbəyi adlandırıb. Təsəvvür edin ki, “şərqdəki güclü qonşu və terrorist dövlət təhlükə mənbəyinə çevrilib” sözlərini açıq şəkildə dilə gətirilməsi diplomatik və beynəlxalq normalada çox nadir hallarda rast gəlinsə də bu sözlər səslənib. Xanım Qribauskayte ad çəkməsə də, söhbətin Rusiyadan getdiyini hər kəs yaxşı anlayır. Hazırda Avropa Birliyi quruma üzv olan ölkələrin müdafiə qabiliyyətinin artırılmasına 190 milyard avro xərcləyir. Çox böyük məbləğdir. İndi Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz və məkrli siyasətindən sonra vəsaitin ən azından 2-3 dəfə artırmaq lazım olacağını deyirlər. Nəzərə alsaq ki, dünyada yaşanan maliyyə böhranı fonunda bu qədər vəsaitin indi tapılması mükün olacaqdırmı, zənnimcə çətin olan bir işdir, amma bunu etmək lazımdır. Rusiyanın indiki Putin hakimiyyətinin apardığı səhv siyasət nəticəsində Avropa ordusunun yaradılması çox önəmlidir. Hərbi təhlükənin qarşısının alınması üçün, Avropada təhlükəsizliyi təmin etmək üçün, Rusiyadan gələn təhlükəyə qarşı Qərbin vahid cəbhədən çıxış edə bilməməsi də vəziyyətin necə ciddi olmasından xəbər verir. Hesab edirəm ki, indi də olmasa yaxın zamanlarda bu ideyanı reallaşdırmaq üçün Avropa ölkələri lazım olan addımları atacaqlar”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600