Müğənni Kərim canlı efirdə əməkdar artist Elza Seyidcahan barəsində sərt fikirlər səsləndirib. Onun bu fikirlərinə qarşı tərəfin mövqeyini öyrəndik.
Yenicag.az-a açıqlama verən Elza Seyidcahanın cavabı belə oldu:
“Mən efirlərə çıxmıram, bu da bəzi insanları yandırıb-yaxır. İnstaqramda İlhamə xanımın videosun yayıb, sözümü demişəm. Bu sözlər mənim barəmdə artıq-əskik danışan adamların hamısına cavabdır”.
Qeyd edək ki, Seyidcahan İnstaqram səhifəsində mərhum xalq artisti İlhamə Quliyevanın videosunu paylaşıb və ad çəkmədən onu təhqir edən həmkarlarının cavabını verib.
Cəvahir
www.yenicag.az