Tehran “va-bank” GEDİR – “Ölüm-qalım” oyununda İKİNCİ PƏRDƏ

media-hightechnic-468x90

“İsrailin İrana qarşı həyata keçirdiyi hücum nəticəsində beynəlxalq miqyasda yeni və kritik bir situasiya formalaşdı”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Siyasi təhlilçi dünyanın gündəmə zəbt edən İran-İsrail hava müharibəsi ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu vəziyyət ilk növbədə göstərdi ki, beynəlxalq dəstəyə, güclü müttəfiqlərə və yüksək texnoloji imkanlara malik olmaq heç bir dövləti cavab zərbəsindən sığortalamır:

“İranın verdiyi cavab zərbələri, əslində, beynəlxalq ictimaiyyəti fakt qarşısında qoydu: Yəni, sistem daxilində hər bir dövlət öz addımları ilə qlobal və ya regional böhran yarada bilər. Hazırkı münaqişədə bir tərəfdə ABŞ-nin maddi-texniki və maliyyə baxımından dəstəklədiyi, Avropa İttifaqı ölkələrinin əksəriyyətinin yanında dayandığı, eyni zamanda inkişaf etmiş iqtisadi imkanlara malik olan İsrail dayanır. Digər tərəfdə isə uzunmüddətli sanksiyalarla zəiflədilmiş, amma regionda geniş nüfuza sahib olan İran mövqelənib”.

“Mən bütün əvvəlki şərhlərimdə və müsahibələrimdə dəfələrlə qeyd etmişdim ki, İran vurulacaq, ABŞ-İran danışıqları isə qəfil dayanacaq – elə də oldu. Amma indi görünən odur ki, bu dəfə İran artıq “va-bank” oynayır. Yəni vəziyyəti belə dəyərləndirə bilərik: ya bu böhrandan qalib çıxacağam, ya da məhv olacağamsa, düşmənimi də batıracağam. İran bu dəfə istənilən nəticəyə hazır olduğunu göstərdi. Əgər məhv olacaqsa, bu yolda maksimum zərər vermək strategiyasını seçib. Bu isə, sadəcə, hərbi deyil, psixoloji və strateji bir mesajdır. Burada vacib olan əsas məqam isə budur: əgər ABŞ bu məsələyə birbaşa müdaxilə edərsə, İranda rejim dəyişikliyi ehtimalı yüksəlir. Amma ABŞ birbaşa prosesə daxil olmazsa, bu hadisə açıq şəkildə göstərdi ki, İsrail yalnız öz imkanlarına güvənərək belə bir böhranı təkbaşına idarə edə bilməz”, – deyə o, fikirlərini tamamalayıb.

Rafi Müslümov

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600