Tehranda Güney Azərbaycan bayrağı dalğalandırıldı

media-hightechnic-468x90

11114095_1109208299105321_8828883057624334505_nİran Futbol Liqasının mayın 10-da baş tutan Güney Azərbaycanın “TRAXTUR” takımı ilə İranın “İstiqlal” takımı arasında Tehranın “Azadi” stadionunda keçirilən maçda Güney Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb.

40 mindən çox “TRAXTUR” tarafdarıın toplaşdığı maçda Güney Azərbaycanlı gənçlər, Güney Azərbaycanın və Türkiyənin bayraqlarını dalgalandırdılar.

Xatrladaq ki, Güney Azərbaycan, Türkiyə və Quzey Azərbaycanın bayraqlarının iranda dalğlandırılması yasaqdır və buna görə dövlət tərəfındən ağır cəzalar verilir. Buna rəğmən, MİLLƏTİMİZ hər bir fürsətda bayraqlarımızı dalğalandırmaqdan çəkinmir. Təsadüfi deyil ki, 1 ay öncə isə Tehranın Azadi meydanında da Güney Azərbaycan bayrağı dalğalandırılmışdı.

Güney Azərbaycanın “50000000.info” agentliyi bildirir ki, Təbrizin “Traxtur” futbol takımı mayın 10-da (ordibeheştin 20-də) farsların ən güclü komandalarından biri sayılan “İstiqlal” komandasını 4-1 hesabıyla məğlubiyyətə uğradaraq, azərbaycanlıların böyük sevincinə səbəb olub.

Bu qələbədən sonra Azərbaycanın Təbriz, Azərşəhr, Üskü, Səhənd, Binab, Marağa, Miyana, Əhər, Culfa və s. kimi şəhərləri əhalinin böyük şənlik mərasiminə şahid oldu. Təbrizdə yağıntılı hava şəraitinə baxmayaraq şəhərin müxtəlif xiyabanlarında izdiham yaşandı və soydaşlarımız öz sevincini bütün millətimizlə paylaşmağa çalışdılar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600