Təhsil Naziri Tərtərdə sakinləri qəbul edəcək

media-hightechnic-468x90

загруженное (2)Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbər əgörə, qəbula gəlmək istəyən vətəndaşlar 15, 16 və 17 oktyabr tarixlərində nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər. (apa.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa