Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil siyasəti ilə cəmiyyət arasında “uçurum”: “Şagirdlərin psixologiyasının pozulması...” – VİDEO

“Mövcud sistem məktəblidə aqressiya və cinayət tərkibli davranışlara şərait yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında şagirdlər arasında aqressiv davranışların və cinayət hallarının çoxalmısına münasibət bildirən psixoloq Tariyel Faziloğlu deyib.

Xüsusilə, son dövrlərdə şagirdlərin orta təhsil müəssisələrində və ondan kənarda törətdikləri müxtəlif dərəcəli cinayətlərin statistikasında artım müşahidə edilir. Acınacaqlı haldır ki, məktəblilər tərəfindən törədilən cinayətlərin çoxunda onların əsasən, soyuq silahdan istifadə etdikləri bildirilir. Təbii ki, bir çox məktəblilərin öz üzərində bıçaq gəzdirmələri həm özləri, həm də ətrafdakılar üçün ciddi təhlükə yaradır. Maraqlıdır, görəsən, şagirdlər arasında belə aqressiv davranışların artmasına və yekunda onların cinayət törətmələrinə hansı amillər təkan verir?

Psixoloq Tariyel Faziloğlu bu məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, nəzərdə tutulan şagirdlərin psixologiyasının pozulmasına və cinayət tərkibli hadisələrə meyllənmələrində təhsil sistemindəki mövcud vəziyyət böyük rol oynayır. Çünki hazırkı təhsil siyasəti ilə cəmiyyətdə formalaşan mühit arasında bir uçurum mövcuddur.

“Hazırda ölkənin təhsil müəssisələrində təzyiq sistemi mövcuddur. Bu sistem məktəblidə aqressiya, intihar, aşağılanma halları, eləcə də, cinayət tərkibli davranışlara şərait yaradır”,- deyə psixoloq bildirib. Mətbuatın kriminal avtoritetlər haqqında məlumatlara geniş yer verməsinin, hətta bəzi hallarda onları təbliğ etməsinin məktəbli cinayətlərinə mümkün təsiri barədə videomaterialdan öyrənə bilərsiniz:

Ayan Ağayeva

www.yenicag.az

1263
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100