Təl-Əviv təxminən iki həftədir ki, HƏMAS lideri Haniyə və “Hizbullah”ın yüksək səviyyəli komandiri Fuad Şükürün öldürülməsinə cavab olaraq İran və “Hizbullah”dan ola biləcək hücumu gözləyir.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilir ki, “İsrail bu yaxınlarda ABŞ və Avropa ölkələrinə mesaj göndərib ki, İran ərazisindən istənilən birbaşa hücum İsrailin İran ərazisinə hücumu ilə qarşılanacaq”.
Bu mesajların məqsədi İrana hücumun qarşısını almaq üçün beynəlxalq ictimaiyyətdən gözlənilən təzyiqləri qabaqcadan yumşaltmaqdır. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib./unikal
www.yenicag.az