"Telegram"da kütləvi "təmizləmə": 44 milyondan çox kanal bloklandı
“Telegram” rəhbərliyi platformanın siyasətinə zidd fəaliyyət göstərən kanal və qruplara qarşı mübarizəni sərtləşdirib. Dünya üzrə qaydaları pozan 114 348 kanal və qrup birdəfəlik bloklanıb.
Yenicag.az “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə platformanın rəsmi saytında yenilənən statistikada məlumat verilib.
Məlumata görə, ilin əvvəlindən bu yana bloklanan qrup və kanalların sayı 10 milyon 186 mindən çoxdur. Ən kütləvi “təmizləmə” əməliyyatı isə bu il yanvarın 1-də baş verib – həmin gün təxminən 543 min resurs sıradan çıxarılıb.
Qeyd olunur ki, 2025-ci ildə “Telegram” administrasiyası qaydaları pozan kanalları bloklama sürətini 2024-cü ilə nisbətən 2.7 dəfə artırıb. Ümumilikdə il ərzində bloklananların sayı 44 milyonu ötüb.













