!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılova rədd cavabı

!Reklam – Yazi

“Beynəlxalq axtarışda olan Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov heç vaxt gizlənməyib. O, son üç ildə Türkiyədə yaşayıb”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Telman İsmayılovun vəkili Marina Razina bildirib. “Telman İsmayılov heç vaxt gizlənməyib. Onun xaricdə olması ilə bağlı xəbər Rusiyada deyil, uzun illər xaricdə yaşamasına əsaslanır. Son üç ildə daimi olaraq Türkiyə ərazisində yaşayıb”, – deyə vəkil vurğulayıb.

M. Razina qeyd edib ki, bu məqam istintaqa məlum idi: “Belə ki, Telman İsmayılov istintaqın sorğusunda xarici pasportunun nüsxəsi ilə öz ünvanını dəqiq göstərib”.

Qeyd edək ki, bu gün Moskva Şəhər Məhkəməsində Telman İsmayılovun barəsində qiyabi həbs qərarından şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib və əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, noyabrın 13-də yəhudi əsilli azərbaycanlı iş adamı Telman İsmayılov 2 nəfərin qətlinin təşkilində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Məhkəmə onun qiyabi həbsi barədə sanksiya verib. Bu cinayət işi çərçivəsində T. İsmayılovun qardaşı Rafiq İsmayılov həbs olunub. O, iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. Barəsində həbs qərarı verilən Rafiq İsmayılov və Mehman Kərimov iki və ya daha çox şəxsin qətlində ittiham olunurlar.

COP29

www.yenicag.az

1594
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv