!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı: “Ana tərbiyəsi görməyən dəyərsizlər millətimin qadını ola bilməz”

!Reklam – Yazi

“İndi peyda olmuş, hər şeyini itirmiş, ana tərbiyəsi görməyən dəyərsizlər millətimin qadını ola bilməz. Qadına hər cür şiddətin əleyhinəyəm, haqqı pozulanları da həmişə müdafiə etmişəm və edəcəm də. Ancaq “qadına azadlıq” deyərək küçələrə tökülən bəzilərinin Azərbaycan qadını adına ləkə olduqları düşüncəsindəyəm”.

Yenicag.az xəbər verir ki, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı martın 8-də Bakıda bir qrup “feminist”in keçirdiyi qanunsuz aksiya ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.

Həmin fikirləri təqdim edirik:

“”Bir millətin mədəniyyəti, onun qadına olan münasibəti ilə ilə ölçülür” düşüncəsində olanlardanam. Azərbaycan Türk Qadınlar Birliyini də bu məqsədlə qurmuşdum – Millətimin ən qiymətli dəyərlərindən olan qadınımızın haqlarını qorumaq üçün. Qadınımızla hər zaman qürür duymuşam, tarixdəki türk qadını obrazı qürur mənbəyim olub. Yazılan romanların, çəkilən filimlərin, ən müsbət, ən mübariz, ən şərəfli qəhrəmanı millətimin qadını olub və olacaq. Bizim qadınımız ailənin təməl daşıdır, hansı ki, bütün mənəvi dəyərlər onun üzərində inşa edilir. Biz qadınımıza sadəcə ailənin qurucusu və qoruyucusu kimi baxmırıq. Qadın bizdə cənnət ayaqları altında olan Ana, uğrunda can verdiyimiz Vətən, ona görə, dünyanı qarşımıza aldığımız Yardır.

Uğrunda yoluna baş qoyduğumuz namusdur və ən önəmlisi, hər şeydən üstün tutduğumuz şərəfimizdir. Bizdə qadın anlayışı budur. Biz qadınımızı sadəcə mətbəximizdə görmədik. Bizim qadınımız Azərbaycan millətinə müstəqillik qazandıran mücahitlərlə çiyin- çiyinə durub, dövlət quruculuğunda ön sırada yer alıb, savaşda qəhraman olub. Millətimin qadını iffətlidir, yol-yördəm biləndir, namusu üçün ölümü gözə alan, onu kirlətməsinlər deyə, uca qayalardan özünü atıb şəhid edən, millətinin dəyərlərini satmayan, ailəsinin şərəfini hər zaman qoruyandır.

İndi peyda olmuş, hər şeyini itirmiş, ana tərbiyəsi görməyən dəyərsizlər millətimin qadını ola bilməz. Qadına hər cür şiddətin əleyhinəyəm, haqqı pozulanları da həmişə müdafiə etmişəm və edəcəm də. Ancaq “qadına azadlıq” deyərək küçələrə tökülən bəzilərinin Azərbaycan qadını adına ləkə olduqları düşüncəsindəyəm.

Sizin dərdiniz əslində qadın haqları da deyil. Ancaq inanın ki, bu oyunlarla maneəsiz getmək istədiyiniz ölkələrdə belə, bu cür əxlaqsızlıqlara yer yoxdur. Təəssüf ki, ailələrinizin adını rüsvay etdiniz. Millətimiz üçün heç bir şey ifadə etməsəniz də…

Bir daha unutmayın ki, bizim üçün qadın Ana Vətəndir! Azərbaycan qadını dövlət kimi qadındır, hər zaman da dövlətinin yanındadır! Vətənimizi kirlətməyin! Əllərinizi dövlətimizdən çəkin!!!”

COP29

www.yenicag.az

2557
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv