Özəl uşaq bağçalarından birində dəhşətli hadisə qeydə alınıb.
Yenicag.az xəbər verir ki, azyaşlı qızı yatıra bilməyən tərbiyəçi onu boğaraq sakitləşdirmək istəyib.
Hadisə Qazaxıstanın Karaqanda şəhərində, Temertau uşaq bağçasında baş verib.
İyul ayında baş verən hadisənin görüntüləri 27 avqust tarixindən sosial şəbəkələrdə paylaşılıb.
Bundan sonra yerli hüquq-mühafizə orqanları 50 yaşlı tərbiyəçi ilə bağlı cinayət işi açıb.
www.yenicag.az