Hazırda baş məşqçisiz olan “Neftçi” futbol klubunun və Azərbaycanın U-21 yığmasının “sükanı arxasına” keçəcəyi gündəmdə olan Tərlan Əhmədov bu xəbərlərə münasibət bildirib.
Yenicag.az saytına açıqlamasında 46 yaşlı mütəxəssis bunları dilə gətirib:
“Mənə heç bir klubdan təklif gəlməyib. Mətbuat məni günorta U-21-ə, axşam da “Neftçi”yə baş məşqçi təyin edib. Belə getsə, sabah da “Qarabağ”a baş məşqçi təyin ediləcəm (gülür). Ümumiyyətlə, səng edən olmayıb ki, gəl, bir söhbət edək. Yayılan xəbərlər doğru deyil”, deyə işsiz mütəxəssis açıqlamasında qeyd edib.
Əhmədov 2014-cü ildən bəri AZAL-ı çalışdırsa da, bu yay “təyyarəçilər” fəaliyyətini dayandırdı.
www.yenicag.az