İranın Əl-Əhvaz şəhərində hərbi paraddakı terror aktı qurbanları ilə əlaqədar bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət terror aktı nəticəsində ölənlərin və xəsarət alanların ailələrinə başsağlığı verib.
Terror aktı nəticəsində ölənlər bu gün torpağa tapşırılacaq.
Terror aktına görə məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqədə olan “Əl-Əhvazın vətənpərvər ərəb demokratik hərəkatı” üzərinə götürüb.
Bundan əlavə rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, ötən gün terrorçuların parad iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, 60 nəfər yaralanıb.
www.yenicag.az