Terrorçunun səfirliyimizə girmə ANI – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçi Orxan Əsgərov həlak olub.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçunun səfirliyə girmə anının kadrları yayılıb.

Belə ki, terrorçu öz avtomobili ilə səfirliyə yaxınlaşıb, əlindəki avtomat silahla içəriyə daxil olub. Diqqət çəkən məqamlardan biri də səfirliyin mühafizəsini təşkil edən iran polisi həmin cinayətkara qarşı heç bir hərəkət etməyib.