“Çox sevinirəm ki, “Tərtər işi”nin araşdırılması ilə bağlı Baş Prokurorluq qərar qəbul edib”.
Bu sözləri Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılmasına münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə Yenicag.az-a açıqlamasında deyib.
“Bu iş obyektiv araşdırılmalıdır. Səslənən fikirlər, sadalanan faktların hamısı yenidən araşdırılmalıdır. Hadisələrin bu gedişindən məmnunam. “Tərtər işi” ilə bağlı tələb etdiyimiz məhz bu idi. “Tərtər işi” ilə bağlı hər kəs fərqli düşünə bilər, fərqli yanaşa bilər, fərqli informasiyalar ala bilər. Əsas bu işin rəsmi qaydada aparılması, zərərçəkənlərin, şahidlərin, şübhəli şəxslərin yenidən dindirilib, onlara status verilməsidir. Əminəm ki, cəmiyyətin basqısı, yanaşması prosesin obyektiv aparılmasına və cinayətkarların cəzalandırılmasına gətirib çıxaracaq”.
Səxavət Məmməd
www.yenicag.az