Təyyarə Bakı aeroportuna təcili eniş etdi: Ölən var

media-hightechnic-468x90

Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın “Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Yenicag.az-a Aeroportun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

“Boeing 787” təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.

Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600