Təyyarə ilə vertolyot havada toqquşdu
Yenicag.az xəbər verir ki, ABŞ-ın Maryland əyalətindəki bir qəsəbənin yaxınlığında kiçik bir təyyarə ilə vertolyot havada toqquşub. Qəzada üç nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.
ABŞ Federal Aviasiya İdarəsindən (FAA) yayılan məlumata görə, Frederick qəsəbəsindəki yerli aerodroma doğru uçuş edən təyyarə, təlim uçuşları həyata keçirən vertolyotla toqquşub.
Yollar qəza səbəbiylə bağlı olduğundan, yaralıların təcili yardımla HAGERSTOWN şəhərindəki bir xəstəxanaya aparıldığı deyilir.
Faktla bağlı araşdırma başlayıb.