!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təyyarədə elə bir səhvə yol verdi ki…

!Reklam – Yazi

12077119_718482724950613_854219047_nEdinburq–Amsterdam səfərində tualet qapısı zənn edib təyyarənin çıxış qapısını açmaq istəyən sərnişin bir anlıq çaşqınlığının bəlasına düşüb.

James Gray adlı sərnişin təyyarədə tualetə getmək istəyib. Ancaq qapıları səhv salan sərnişin tualet qapısı zənn etdiyi təyyarənin çıxış qapısını açmağa çalışdığı bir anda təyyarənin ekipaj üzvləri hadisəyə müdaxilə edib və James təyyarə enənə kimi nəzarət altına alınıb. Təyyarə endikdən sonra o, 30 min fut yüksəklikdə qapını açmağa cəhd etdiyi üçün həbs olunub və 600 avro pul cəzası ödəyib. Bundan başqa, Jamesə 5 il müddətində KLM havayolu şirkətindən istifadə qadağası qoyulub. Bütün bu hadisələrdən sonra çaşqın vəziyyətdə qalan sərnişin dönüş bileti üçün dostlarından pul almaq məcburiyyətində qaldığını deyib: “Hadisə sadəcə bir səhvdən yarandı. Mən qapının tutacağına toxundum, tualetə getmək istəyimin belə böyük hadisəyə səbəb olacağını bilməzdim”(qafqazinfo).

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv