Təyyarənin “qara qutu”su tapıldı-Video

media-hightechnic-468x90

kokoTehrandan Təbəs şəhərinə uçan zaman qəzaya düşən sərnişin təyyarəsinin “qara qutu”su tapılıb.

Bunu İranın hava yollari idarəsinin muavini Həmid Həbibi deyib.

O bildirib ki, hazırda qəza yeri tamamilə təmizlənib. Dövlət tərəfindən bu araşdırmaların sonuna kimi İranda olan digər “Antonov” təyyarələrinin uçuşu qadağan edilib.

Xatırladaq ki, Mehrabad hava limanının ətrafında Tehrandan Təbəs şəhərinə uçan sərnişin təyyarəsi qəzaya uğramışdı.

“Qəzaya düşən Ukraynanın “Antonov 140” təyyarəsi Tehran-Təbəs reysində həftədə 2 dəfə xidmət gostərirmiş. Bu təyyarə saat 9:20 dəqiqədə Tehranın Mehrabad hava limanından uçuşa başlayır. Təəssüf ki, 4 dəqiqədan sonra qəzaya uğrayır”, – deyə Həmid Həbibi əlavə edib.

Qeyd edək ki, təyyarədə olan 48 sərnişindən 38-i dərhal dunyasını dəyişib və 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan da birinin vəziyyəti agır olduğundan xəstəxanada dunyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600