Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb.
Yenicag.az xəbər verir ki, “Təzə Pir ” məscidində də qanvermə aksiyasına start verilib.
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva bildirib ki, institutun əməkdaşları artıq səhər saatlarından nəzərdə tutulmuş ünvanlara yollanıb.
Əməkdaşımızın verdiyi məlumata görə, qan vermək üçün növbəyə düzülənlərin sayı kifayət qədərdi. Burada müxtəlif yaşda olan insanlara rast gəlmək mümkündür.
Verilən məlumata görə, saat 12:00-a qədər 2500-dən çox insan qanvermə aksiyasında iştirak edib.
Bundan başqa Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də Aşura günü ilə bağlı Təzə Pir məscidində keçirilən qanvermə aksiyasına qoşulub. Onunla yanaşı, Şeyxin müavinləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini konfessiyaların rəhbərləri də qan veriblər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, QMİ sədrinin oğlu Məhəmməd Paşazadə, nəvəsi Allahşükür Paşazadə, dini icma rəhbərləri qan veriblər.
QMİ sədri Allahşükür Paşazadə bütün əzadarlara başsağlığı verib. İmam Hüseyni (ə) sevənlərə tövsiyə edib ki, öz qanları ilə qana ehtiyacı olanlara həyat versinlər.
Qanvermə aksiyasından özəl video və fotoreportajı təqdim edirik:
www.yenicag.az